11 Mart 23:41
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.


Müəllif: Teleqraf.com