Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 30 milyon avro dəyərləndirilib ki, bu da əvvəlkindən 5 milyon avro azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.
Dəyərin azalmasına baxmayaraq, "İnter Mayami"də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır. MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, “Atlanta Yunayted”də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.
Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. "İnter Mayami"də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-in yeni mövsümündə argentinalı üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.