28 Yanvar 2015 20:15
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının iki oyununda komandasına kömək edə bilməyəcək.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun iki oyunluq diskvalifikasiya edilməsidir.

Belə ki, K.Ronaldo ölkə çempionatının 20-ci turunda səfərdə "Kordoba" ilə görüşdə qırmızı kart almışdı.

Bununla da forvard "Real Sosyedad" və "Sevilya" matçlarında olmayacaq.

Rüstəm


Müəllif: