7 Aprel 11:11
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında bu gün XXIX tura yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, bu gün iki oyun keçiriləcək.

“Zirə” ilə “Qəbələ” bu dəfə çempionat matçında qarşılaşacaqlar. Hazırda “Qəbələ” 16 xalla son sıradadırsa, hesabında 42 xal olan “Zirə” üçüncü yerdə qərarlaşıb.

Digər oyun “Neftçi” - “Sumqayıt” qarşılaşması olacaq. “Neftçi” 43 xalla ikincidirsə, dördüncü yerdə qərarlaşan “Sumqayıt” (42 xal) rəqibindən cəmi 1 xal geri qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” isə “Səbail”i (4:2) məğlub edib.


Müəllif: Teleqraf.com