24 Aprel 22:04
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. "Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.

64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.

İlk matçda rəqibini dörd cavabsız qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com