Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçını keçirib.
Teleqraf.com xəbər verir ki, Elşad Quliyevin Fransa yığması ilə üz-üzə gələn komandası 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.
Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi ilə qarşılşacaq.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.