9 İyun 21:12
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça” futbol klubunun prezidentliyi uğrunda gedən mebarizədə Ali Koç yenidən səslərin çoxunu alaraq klubun prezidenti olub.

Teleqraf.com xəbər verir ki, təxminən 27 min üzvün səs verdiyi seçkidə Əziz Yıldırımı geridə qoyan Ali Koç üçüncü dəfə Fənərbaxçanın prezidenti seçilib!

Hər iki namizəd bir neçə dəqiqə əvvəl görüşəüb və qeyri-rəsmi nəticələrə görə geridə qalan Əziz Yıldırım Ali Koçu təbrik edib.

“Əziz "Fənərbaxça" azarkeşləri, hamınıza təşəkkür edirəm! Ümid edirəm ki, Ali Koç və dostları “Fənərbaxça”nı çempion edəcək. Əlimizdən gələn dəstəyi verəcəyik. "Fənərbaxça"lı olduğumuz üçün şadam", Ə.Yıldım bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər