15 İyun 21:59
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya və Xorvatiya yığmalarının qarşılaşması 3:0 hesabı ilə ispanların xeyrinə başa çatıb.

Teleqraf.com xəbər verir ki, qolları 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz, 45-ci dəqiqədə Dani Karvahal vurub.

***

20: 52

İspaniya və Xorvatiya yığmalarının oyununda üçüncü qol vurulub.

Teleqraf.com xəbər verir ki, Dani Karvahal 45-ci dəqiqədə xorvatların qapısına yol tapıb.

Beləliklə, oyunun birinci hissəsi 3:0 hesabı ilə ispanların xeyrinə yekunlaşdırıb.

***

20:35

İspaniya və Xorvatiya yığmalarının oyununda ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, bu dəfə 32-ci dəqiqədə Fabian Ruiz fərqlənib. O komandasını 2:0 hesabı ilə önə çıxardıb.

***

20:30

İspaniya və Xorvatiya yığmalarının oyununda hesab açıldı.

Teleqraf.com xəbər verir ki, oyunun 29-cu dəqiqəsində Alvaro Morata fərqlənib.

***

20:06

Bu gün futbol üzrə Avropa çempionatında növbəti görüşlər çərçivəsində İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.

Teleqraf.com xəbər verir ki, qarşılaşma saat 20:00-da start götürüb.


Müəllif: Teleqraf.com