19 İyun 19:12
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

18:55

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab növbəti dəfə dəyişib.

Teleqraf.com xəbər verir ki, albanların heyətində Klaus Qyasulya 76-cı dəqiqədə avtoqol müəllifi olub.

Bununla da Xorvaiya yığması 2:1 hesabı ilə önə keçib.

18:33

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab bərabərləşib.

74-cü dəqiqədə Andrey Kramariç albanların qapısında yol tapıb - 1:1.

***

Xorvatiya və Albaniya oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Albaniya komandasının futbolçusu Laçi 11-ci dəqiqədə qol vurub.

***

17: 08

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.

Teleqraf.com xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər