Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə hesab açılıb.
Teleqraf.com xəbər verir ki, 69-cu dəqiqədə sloveniyalılar hesabda önə çıxıb.
Yan Karniçnik adını tabloya yazdırıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunun II turu çərçivəsində Sloveniya Serbiya ilə qarşılaşır.
Teleqraf.com xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da başlayan C qrupunun oyununu rumıniyalı beynəlxalq dərəcəli hakim İştvan Kovaç idarə edir.