Fransa millisinin hücumçusu Kilian Mbappe gözlənilmədən azarkeşlər arasında yeni dəb yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Belə ki, Avro-2024 oyunlarının birində futbolçunun burnu sınıb, buna görə o, meydana xüsusi maska taxaraq çıxmalı olub. Jurnalistlər müşahidə edib ki, bundan sonra oxşar maskalarla azarkeşlər matçlara gəlməyə başlayıb. Stadionlarda azerkeşlərin həm qara, həm də Fransa bayrağının rənglərində maskalar taxdıqları görülüb.
Bundan başqa, Mbappenin pərəstişkarları sosial şəbəkələrdə də maskalı fotolar dərc etməyə başlayıblar.