Fransanın müxalif Milli Birlik Partiyasının sədri Marin Le Penin müşaviri Rusiya agenti olmaqda ittiham edilir.
Teleqraf.com xəbər verir ki, söhbət 34 yaşlı keçmiş model Tamara Voloxovadan gedir.
Tamara Le Pen hakimiyyətə gələcəyi təqdirdə ikili vətəndaşlığı olan mühacirlərin əsas vəzifələrdə işləməsini qadağan edəcəyini dediyi üçün partiya və ölkənin digər siyasi düşərgələrində gərginlik yaradıb.
Voloxova Fransa kəşfiyyatı tərəfindən “Rusiyaya işləyən təsir agenti” adlandırılmasına baxmayaraq, 2020-ci ildə Fransa vətəndaşlığı alıb.