Boliviya məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan general Xuan Xose Suniqanın barəsində altı aylıq həbs qətimkan tədbiri seçib.
Teleqraf.com xəbər verir ki, ölkənin dəniz donanmasının komandiri Xuan Arnez narəsində də oxşar qərar çıxarılıb.
Hər şəxs silahlı qiyam təşkil etməkdə şübhəli bilinir.
Qeyd edək ki, İyunun 26-da general Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt edib. Boliviya Prezidenti Luis Arse hərbçilərin hərəkətlərini dövlət çevrilişinə cəhd adlandırıb.