29 İyun 01:35
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman alimləri infarktdan sonra ürəyin fəaliyyətini bərpa etmək üçün gel hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu maraqlı ixtiranı Fridrix Aleksandr adına Universitetin və Bonn Universitetinin tədqiqatçıları ediblər.

Miokard infarktı ciddi xəstəlikdir və hətta müalicədən sonra xəstələrin 50-60%-də aritmiyadan ölürlər. Mövcud üsullar, məsələn, kardiostimulyator quraşdırmaq, aritmiyanı dayandırır, lakin onun təkrarlanmasının qarşısını almır. Hazırda aritmiya ilə mübarizə üçün kardiostimulyator və defibrilatorlardan istifadə olunur.

Bununla belə, kardiostimulyatorlar aritmiyanın səbəbini aradan qaldırmır və tez-tez baş verən şoklar ürək əzələsinə və xəstələrin həyatına mənfi təsir göstərir. Hazırlanmış yeni gel birbaşa ürəyin çapıq toxumasına yeridilir.

Heyvanlar üzərində aparılan ilk sınaqlar uğurlu olub. Yenilik hələ ki, insanlar üzərində tətbiq edilməyib.


Müəllif: Arzu