29 İyun 00:12
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Baydenin debatda səhvə yol verdiyini elan edib.

ABŞ prezidenti Co Bayden debat zamanı özünü Amerika əsgərlərinin ölmədiyi ilk lider adlandırıb.

Teleqraf.com xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Baydenin bu açıqlamasının həqiqəti əks etdirmədiyini açıqlayıb.

Belə ki, brifinq zamanı jurnalistlər Sinqdən Baydenin sözlərinin doğru olub-olmadığını maraqlanıblar. Əvvəlcə Pentaqon nümayəndəsi Ağ Evlə əlaqə saxlamağı məsləhət görsə də, üçüncü cəhddə Amerika liderinin yalanını etiraf etdi.

Xatırladaq ki, Co Bayden və Donald Tramp arasında debat iyunun 27-də yerli vaxtla saat 21:00-da keçirilib.


Müəllif: Arzu