29 İyun 01:12
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Ohayo ştatının Klivlend şəhərində qatı cinayətkar səhvən sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bir rəqəm səhvinə görə adam öldürməkdə ittiham olunan şəxs azad olunub.

Belə ki, hücum və oğurluqda şübhəli bilinən 35 yaşlı Antonio Seymurun işinə baxılarkən şahidlər iclasa gəlmədiyinə görə prokurorluq onun ittihamını ləğv edib. Seymurun azadlığa buraxılması üçün sənədləşmə işləri aparılarkən onun iş nömrəsi 685908 əvəzinə 685909 kimi qeydə alınıb.

685909 nömrəli iş isə 22 yaşlı Amarion Sanders haqqında idi. Adam öldürmə ittiham olunan Sanders həbsxanada iş üzrə məhkəməsini gözləyirdi. Amma o, səhvən Antonio Seymurun əvəzinə azadlığa buraxılıb.

Hazırda Sanders Klivlend polisi və ABŞ Marşal Xidməti tərəfindən axtarılır.


Müəllif: Arzu

Oxşar xəbərlər