28 İyun 21:47
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya ordusunun yeni komandanı, general Roli Volker silahlı qüvvələrin öldürücülük qabiliyyətini üç ilə iki, on ilin sonuna qədər isə üç dəfə artırmağı planlaşdırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, general çoxlu sayda döyüş başlığı, ağıllı raket sistemləri və eyni anda çoxsaylı düşmən qüvvəsini məhv edə biləcək PUA-ların alınması və ya hazırlanmasının bu plana daxil olduğunu bildirib.

Volker Əfqanıstanda bomba partlayışından sağ çıxan Britaniya ordusunun Xüsusi Hava Xidmətinin keçmiş üzvüdür. Yeni komandan ordunu xüsusi təyinatlılara bənzətmək istədiyini vurğulayıb.

“Ordunun yeganə real ölçüsü onun döyüş gücüdür: real və yaxınlaşan təhdidlər qarşısında öldürücülük qabiliyyəti. Yaxın perspektivdə mənim Britaniya ordusunda məqsədim üç il ərzində bu öldürücülük nisbətini iki və onilliyin sonuna qədər üç dəfə artırmaqdır”, - Volker qeyd edib.

Onun sözlərinə görə, elektron vasitələr, PUA-lar, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahlar ordu üçün əsas amillər olaraq qalır.

Volker yeni texnologiyaların inkişafı ilə yanaşı, Britaniya silahlı qüvvələrinin sursat çatışmazlığı problemini də həll etmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər