Rusiyalı qadın içkili vəziyyətdə Soçi dənizində yuxuya gedib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bütün gecəni dənizdə yatan qadın sağ qalıb.
Qeyd olunur ki, iyunun 27-də mərkəzi çimərliklərin birində 50 yaşlı qadın paltarlı dənizə girib və gecəni orada qalıb.
Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib. İki xilasedici qrup qadının axtarışına cəlb olunub. İyunun 28-i səhər saatlarında dənizin üzündə hərəkətsiz halda tapılan qadının öldüyü ehtimal olunub.
Xilasedicilər qadını dənizdən çıxaranda o, əlini tərpədib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu yuxudan oyadıb polisə təhvil veriblər.