29 İyun 11:13
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

Daxili İşlər Nazirliyindən (DİN) Teleqraf.com-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.


Müəllif: Teleqraf.com