28 İyun 14:59
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməliyyat edilən aktyor Allahverdi Yolçuyev xəstəxanadan fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, beyin pili əməliyyatı keçirən aktyor səhhətinin yaxşı olduğunu və ağır əməliyyat keçirdiyini bildirib.

Aktyor saytımıza açıqlamasında isə əməliyyatından danışıb: "Ötən gün əməliyyat olundum. Hazırda xəstəxananın palata şöbəsinə yerləşdirilmişəm. Ağır əməliyyat idi, müvəffəqiyyətlə başa çatdı. Xəstəxananın rəhbərliyinə təşəkkür edirəm, bütün müayinə və əməliyyat xərclərini üzərinə götürdü. 10-15 günə pili yerləşdirəcəklər".

Qeyd edək ki, Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkirdi. Əli əsən aktyor bir müddət əvvəl əməliyyata ehtiyacı olduğunu açıqlamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər