28 İyun 23:18
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyada batan gəmidə ailəsini itirən kişi ağlını itirirərək sağ qalan qadınlardan birinə təcavüz edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Corriere della Sera” nəşri məlumat yayıb.

Türkiyənin Bodrum şəhərindən yola düşən gəmi Aralıq dənizini keçərkən mühərrik partlaması nəticəsində qəzaya uğrayaraq batıb. Gəmi batmağa başlayanda həyat yoldaşı və qızı suda boğulan 27 yaşlı kişi kədərdən dəli olmağa başlayıb.

Nəşrin məlumatına görə, o, gəmidə sağ qalan 16 yaşlı qıza hücum edib və anasının gözü qarşısında ona təcavüz edib. Çılğın kişi bununla kifayətlənməyib. Qızı boğaraq öldürüb.
Kişi həbs olunub, barəsində istintaq araşdırması aparılır.

Müəllif: Arzu

Oxşar xəbərlər