28 İyun 19:09
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada qadın sürücülük vəsiqəsi olmadan diyircəkli çamadan sürdüyü üçün yol hərəkəti qaydalarını pozmaqda ittiham olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Asahi Shimbun” nəşri məlumat yayıb.

Osaka şəhərində təhsil alan çinli tələbə səki ilə çamadanı sürərkən polis onu saxlayıb.

Saatda 13 kilometr sürətlə gedə bilən çamadan motosiklet kateqoriyasına aid edilib. Eyni zamanda, çinli qadının belə bir nəqliyyat vasitəsini idarə etmək üçün lazım olan sürücülük vəsiqəsi, çamadanın üstündə isə dövlət nömrə nişanları və siqnal işıqları olmayıb.

Qadın çamadanını nəqliyyat vasitəsi hesab etmədiyini və buna görə sürücülük vəsiqəsinə ehtiyac olmadığını desə də, iş prokurorluğa göndərilib.

Qeyd olunur ki, bu, Yaponiyada ilk belə haldır.


Müəllif: Arzu

Oxşar xəbərlər