29 İyun 07:30
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask rayonunda seçki qutularını daşıyan mikroavtobusa silahlı hücum nəticəsində 2 polis ölüb, 5 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə naməlum yaraqlılar tərəfindən törədilib.

Qeyd edək ki, dünən İranda prezident seçkiləri keçirilib. 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf prezidentlik uğrunda mübarizə aparıb. Yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti saat 00:00-dək davam edib. Səsvermə bitdikdən sonra səslərin sayılmasına başlanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər