Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri 53 Avropa ölkəsində duz qəbulunun səviyyəsini qiymətləndiriblər.
Teleqraf.com "Daily Mail" istinadən xəbər verir ki, duz qəbulu səviyyəsinə görə Qazaxıstan birinci yer tutur.
Araşdırmaya görə, Qazaxıstan və Qırğızıstan sakinləri gündə təxminən 17,2 qram duz qəbul edirlər. Bu miqdar ÜST-nin tövsiyə etdiyi qəbuldan üç dəfə artıqdır.
Reytinqdə üçüncü yerdə Özbəkistan (14,88q), dördüncü yerdə Rusiya Federasiyası (14,87 q), beşinci yerdə isə Türkiyədir(14,37).
Azərbaycan isə bu siyahıda 24-cüdür, araşdırmalara görə, Azərbaycan sakinləri gün ərzində 10 qram duz qəbul edirlər.
ÜST ekspertləri gün ərzində cəmi 5 qram duz qəbul etməyi tövsiyyə edirlər. 53 ölkədən yalnız Malta bu qida məhsulunun istehlak limitini yerinə yetirib.
Tədqiqatçılar həddindən artıq duz qəbulunun yüksək qan təzyiqinin əsas səbəbi olduğunu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırdığını bildiriblər.