Müğənni Nazənin Salayeva Xəzər televiziyasında yayımlanan "Qonaqcanlı" verilişində küsülü həmkarı Afət Fərmanqızı haqqında danışmaq istəməyib.
Teleqraf.com xəbər verir ki, müğənni aparıcı Aytəkin Mərdanovanın "Afət Fərmanqızı sizə barışıq elan edib. Onunla münasibətiniz əvvəlki kimi ola bilərmi?" sualına "Mənim onunla heç bir problemim yoxdur. Hər şeyi zaman həll edə bilər",-deyə cavab verib.
İfaçı daha sonra aparıcının "Əvvəllər bir-birinizə qarşı çox doğma idiniz. O sizə barışıq addımı atdı" sualına sərt reaksiya verərək "Aytəkin xanım, dedim axı, hər şeyi zaman həll edir", - deyib.