AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiya üzərində qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla futbolçu Barış Alpər Yılmaz arasında maraqlı dialoq baş tutub.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan Çexiyaya 2-1 hesablı qələbənin memarlarından olan və matçın adamı seçilən Türkiyə millisinin futbolçusu Barış Alpər Yılmazı tərifləyib:
"Barış təbrik edirəm. Sağ cinahı sözün əsl mənasında iflic etdin. Komandanın bütün oyunçularını təbrik edirəm. Amma buraxdığımız qolda hakim çox haqsızlıq etdi. Bütün komandaya salamlar, gözlərindən öpürəm".
Barış Alpər isə öz növbəsində Prezidentə təşəkkür edib və qələbədə bütün oyunçuların pay sahibi olduğunu vurğulayıb.
Daha ətraflı videoda: