Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsi davam edir.
Teleqraf.com xəbər verir ki, bir güləşçimiz finalda qüvvəsini sınayıb.
59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova finalda Yelena Kurova (AİN) ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə təmsilçimiz 14:10 hesabı ilə qələbə qazanaraq, Avropa çempionu olub.
Elvina Kərimzadə (50 kq) bürünc medal uğrunda finlandiyalı Roberta Luostarinenlə qarşılaşıb. Görüş rəqib idmançının tam üstünlüyü ilə başa çatıb.
Nərgiz Səmədova (55 kq) isə rusiyalı Yekaterina Çikanova (AİN) ilə güləşib. 1:8 hesabı ilə uduzan Nərgiz də çempionatı medalsız başa vurub.