Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.
Teleqraf.com xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.
Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.