İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssis milliyə 2016-cı ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 102 oyunda 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, İngiltərə yığması Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.