27 İyul 13:49
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı akademik avarçəkmədə təmsil edən Diana Dımçenko təsnifat mərhələsindən mübarizəyə qoşulub.

Teleqraf.com xəbər verir ki, ikiqat Avropa çempionu olan 34 yaşlı Dımçenko 2000 metr məsafəyə fərdi yarışda iştirak edib.

İdmançımız 5 nəfərin mübarizə apardığı qrup yarışında 3-cü yeri tutaraq 1/4 finala yüksəlib. O, məsafəni 7 dəqiqə 52.59 saniyəyə qət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər