"Sabah" komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Teleqraf.com xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsində İrlandiya təmsilçisi “Sent-Patriks”i mübarizədən kənarlaşdırsa, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Digər təmsilçimiz "Zirə" isə III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.