Portuqaliya millisinin və "Real"ın sabiq mərkəz müdafiəçisi Pepe karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb. Pepe 41 yaşında futbolla vidalaşdığını bildirib.
Futbolçunun son klubu 2019-2024-cü illərdə çıxış etdiyi "Portu" olub. Pepe 2004-2007-ci illərdə bu komandada oynayıb.
Keçmiş müdafiəçi 2007-2017-ci illərdə "Real"ın formasını geyinib. Bu müddət ərzində o, 334 matça çıxıb, 15 qol vurub, 20 qolun ötürməsini verib. Pepe "Real"la 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə isə İspaniya çempionu olub.
Pepe Portuqaliya millisində 141 oyun keçirib və 8 qol vurub, Avro-2016 və UEFA Millətlər Liqasının (2019) qalibi olub.