İsveçli idmançı Armand Duplantis şüvüllə tullanmada dünya rekorduna imza atıb.
Teleqraf.com xəbər verir ki, idmançı Polşada keçirilən “Brilyant Liqa” mərhələsində rekordunu təzələyib.
Armand Duplantis 6,26 metr hündürlüyə tullanaraq əvvəlki rekordunu qırıb.
Bundan əvvəl, Duplantis 6,25 metr hündürlüyə tullanaraq dünya rekordu qoyub.