29 Avqust 13:16
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılacaq.

Teleqraf.com xəbər verir ki, Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə ediləcək.

Müvafiq olaraq püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların bir qrupda oynayacağı 8 rəqibi seçəcək. Bu qərarın verilməsinə səbəb isə püşkatmanın çox vaxt aparmamasıdır.

Püşkatma zamanı 36 komanda 4 ayrı səbətdə yer alacaq. Onların hər birinin rəqibi hər səbətdən çıxacaq 2 komanda olacaq. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

İlk oyunlara sentyabrın 17-19-da start veriləcək.

Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq. Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.

Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya uduzan (0:2, ilk oyun 0:3) “Qarabağ” turnirlə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq. Bu mərhələnin püşkü isə sabah atılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər