2024/2025 mövsümdən yeni formatda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start veriləcək.
Teleqraf.com xəbər verir ki, azarkeşlər bu gün 6 qarşılaşmanın şahidi olacaqlar.
Maraqlı görüşlərdən biri İtaliyada reallaşacaq. Milanın eyniadlı təmsilçisi doğma meydanda "Liverpul" ilə görüşəcək. İspaniya təmsilçisi "Real" Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Almaniyanın digər təmsilçisi "Bavariya" isə evdə Zaqreb "Dinamo"su ilə oynayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
17 sentyabr
"Yuventus" (İtaliya) - PSV (Niderland)
"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə)
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)
"Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.