17 Sentyabr 21:24
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, UEFA uruqvaylı əlcək sahibini 3 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Yanq Boys"a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) "sarı-qırmızılar" yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve "Elfsborq"la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər