Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin çətin oyun təqvimi ilə bağlı futbolçu və məşqçilərin şikayətlərinə cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, şikayətlər ən yüksək maaş alan futbolçulardan və sərəncamında 25 futbolçunun olduğu klublardan gəlir.
“Maaşı az olanlar və 11 futbolçudan ibarət klublar şikayət etmirlər. Onlar meydançaya çıxmağı sevirlər”, - UEFA rəhbəri bildirib.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri futbolçuların tətil etmə ehtimalını etiraf etmişdi. Futbolçu bildirib ki, onlar matçların sayının azaldılmasını tələb edə bilərlər.