Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə məğlub olub.
Teleqraf.com xəbər verir ki, tsiklin son matçını səfərdə keçirən Samir Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 0:7 hesabı ilə uduzub.
Qarşılaşma Bristol şəhərindəki "Eşton Qeyt" stadionunda baş tutub.
Qeyd edək ki, Azərbaycan millisi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.