Almaniya II Bundesliqasında IX tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə “Qroyter”i 4:0 hesabı ilə məğlub edib.
M.Emreli qarşılaşmanın 13-cü dəqiqəsində baxımlı qola imza atıb.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Nürnberq” 9-cu sıraya yüksəlib.