Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar 369 gün sonra ilk dəfə rəsmi oyuna çıxıb.
Teleqraf.com xəbər verir ki, Neymar Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun BƏƏ-nin “Əl Ayn” klubu ilə oyununda meydana çıxıb.
“Əl-Hilal” 5:4 hesabı ilə qalib gəlib. 77-ci dəqiqədə əvəzedici kimi meydana çıxanda Neymar qol vurmayıb.