İngiltərə yığmasının səkkiz futbolçusu Yunanıstan və İrlandiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan heyətdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Siyahıda qapıçı Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Levi Kolvill, yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş, Koul Palmer, Deklan Rays və Bukayo Sakanın adları qeyd olunur.
İngiltərə millisi noyabrın 14-də Yunanıstan, üç gün sonra İrlandiya ilə üz-üzə gələcək.