Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Kriştianu Ronaldu mükafata layiq görülüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ulduz hücumçuya futboldakı yüksək nailiyyətlərinə görə “Quinas de Platina” mükafatı verilib.
Ronaldu mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb:
“Mən bu mükafatı son deyil, başlanğıc kimi görürəm. 18 yaşımda milliyə gələndə arzum ilk oyunumu keçirmək idi. Sonra 25-ə, 50-yə, ardınca isə üçrəqəmli oyun həddinə çatdım. Bununla qürur duyuram”.
Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya millisində 216 matçda 133 qolla yadda qalıb.