1 Mart 2015 23:34
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundesliqasında XXIII turun oyunları başa çatıb.

Tur “Bavariya” – “Köln” matçı ilə başlaylıb.

Qarşılaşmada Münhen klubu rəqibini darmadağın edib – 4:1.

Dortmund “Borussiya”sı “Şalke”yə 3:0, “Herta” “Auqsburq”a 1:0, “Ayntraxt” “Hamburq”a 2:1 hesabı ilə qalib gəlib.

Tura bu gün keçirilən 2 oyunla yekun vurulub. Münhenqladbax “Borussiya”sı doğma publika önündə “Paderborn”u sınağa çəkib. Meydan sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib.

2-ci pillədə qərarlaşan “Volfsburq” səfərdə “Verder”in qonağı olub. 8 qolun vurulduğu görüşdə “Volfsburq” 3:5 hesabı ilə qələbəyə sevinib.

Almaniya Bundesliqası

XXIII tur

27 fevral

“Bavariya” – “Köln” - 4:1

Qollar: Şvaynştayger, 3, Riberi, 10, Robben, 67, Levandovski, 75 - Uya, 75

28 fevral

“Bayer” – “Frayburq” - 1:0

Qol: Rolfs, 32

“Borussiya” D – “Şalke” - 3:0

Qollar: Obameyanq, 77, Mxitaryan, 79, Roys, 85

“Hannover” – “Ştuttqart” - 1:1

Qollar: Ştindl, 69 - Gentner, 51

“Herta” – “Auqsburq” - 1:0

Qol: Kalu, 87

“Hoffenhaym” – “Maynts” - 2:0

Qol: Folland, 54, Polanski, 75

“Ayntraxt” – “Hamburq” - 2:1

Qol: Meyer, 12-pen; 54 – Stieber, 45+2

1 mart

“Borussiya” M – “Paderborn” - 2:0

Qollar: Conson, 18, Herrmann, 81

“Verder” – “Volfsburq” - 3:5

Qollar: Junuzoviç, 9, Di Santo, 16, Vyeyrina, 28-avtoqol - Kaliqyuri, 10; 53, Arnold, 18, Dost, 48; 51.

apasport.az


Müəllif:

Oxşar xəbərlər