İslandiyada təşkil edilən şahmat üzrə "Reykyavik Open" turnirində 4-cü tura yekun vurulub.
Publika.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova növbəti qələbələrini qazanıblar.
Belə ki, Şəhriyar (2756) islandiyalı Hedin Steynqrimssonu (2530), Zeynəb (2303) isə ispaniyalı Daima Beneti (2044) mat edib.
Dörd turdan sonra hesabında 4 xal olan Şəhriyar 4-cü, hesabında 2,5 xal olan Zeynəb isə 89-cu pillədə qərarlaşıb.
Növbəti turda Şəhriyar Məmmədyarov islandiyalı Steyn Qretarssonla (2554), Zeynəb Məmmədyarova isə fransalı Qreqori Luksla (2065) üz-üzə gələcək.