“Mançester Yunayted” klubunun sabiq futbolçusu Skoulz məşqçi Joze Mourinyonun fikirinə münasibət bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Joze Mourinyo “PSJ” ilə səfərdə oynanılan görüşdən sonra "Çelsi"ni böyük klub adlandırmışdı.
Pol Skoulz bir az gec də olsa Mourinyonun cavabını verib:
“Mourinyo birinci oyundan sonra “Çelsi”ni böyük klub adlandırmışdı. Bu söz məni təəccübləndirmişdi. Necə olur ki, böyük klub öz meydanındakı qarşılaşmada bir epizod belə yarada bilmir. Top komandalar azlıqda qalan rəqibini məğlub etməlidi. Ancaq biz bunun əksini gördük. Hətta 10 nəfərlə qalan PSJ ikinci hissədə qol epizodları yaradırdı. Bu, böyük klub əlamətidi.
"Çelsi" Parisdə də heç bir şey ortaya qoymadı, sonra isə doğma meydanda belə oyun nümayiş etdirdi. Belə bir komandanı Avropanın ən böyük klublarından biri adlandırmaq düzgün olmaz".
Rüstəm