“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi yenidən məşqlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.
Fransız futbolçu “Verder”lə oynanılan matçda topuğundakı zədə səbəbindən forma geyə bilməmişdi. Hazırda o, individual proqram üzrə çalışmalarını davam etdirir.
Riberinin “Borussiya” (Münhenqladbax) ilə oynanılacaq görüşdə meydana çıxması sual altındadır.
Rüstəm