27 Mart 2015 08:31
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" və Albaniya millisinin futbolçusu Ansi Aqolli martın 29-u AVRO-2016-nın seçmə mərhələsində Ermənistanla qarşılaşacaqları matç haqqında danışarkən maraqlı fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, təcrübəli oyunçu bunları dilə gətirib:

"Azərbaycanlılar da bilir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidi. Xüsusi bir oyun olacaq. "Qarabağ"da mənə deyildi ki, ermənilərə uduzsan, geri qayıtma. Təbii ki, bu, zarafatdı.

Biz sonuncu dəfə erməniləri məğlub edəndə klub prezidenti mənə mükafat verdi. Düşünürəm ki, bu dəfə də qalib gələcəyik və mən yenə mükafatlandırılacam”.

Rüstəm


Müəllif: