Türkiyənin “Fənərbağça” futbol klubunun oyunçusu Dirk Kuyt Hollandiya təmsilçisi “Feyenord”la bir illik müqavilə imzalayıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, yeni müqavilə gələn mövsümdən qüvvəyə minəcək.
Bununla da “Liverpul”da 6, “Fənərbağça”da isə 3 il top qovan 34 yaşlı D.Kuyt doğma klubuna qayıdacaq. O, 2003-2006-cı illərdə “Feyenord”un şərəfini qoruyub.