Madrid klubunun türk futbolçusu Arda Turan qarşılaşmanın 55-ci dəqiqəsində azarkeşləri heyran qoyub.
Teleqraf.com xəbər verir ki, İspaniya La Liqasının XXXI turunda keçirilən "Malaqa" - "Atletiko" (Madrid) oyununda (2:2) maraqlı epizod qeydə alınıb.
Madrid klubunun türk futbolçusu Arda Turan qarşılaşmanın 55-ci dəqiqəsində azarkeşləri heyran qoyub.
Təcrübəli yarımmüdafiəçi rəqib komandanın 5 futbolçusunu bir göz qırpımında keçməyi bacarıb.
Ardanın bu keçidi sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Hətta onun haqqında "Türk Messi", "Messiyə yeni bir rəqib çıxıb" kimi ifadələr işlədiblər.
Rüstəm