16 Aprel 2015 01:57
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça”nın portuqaliyalı yarımmüdafiəçisi Raul Meyreleş İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədi.


Teleqraf.com xəbər verir ki, Türkiyəni tərk etməkdə israrlı görünən futbolçu bunun üçün meneceri ilə görüş keçirib.

Böyük Britaniyanın tanınmış “Daily Mirror” nəşrində “Everton” və “Vest Hem”in Meyreleşlə maraqlandığı haqda məlumat dərc edilib.

Qeyd edək ki, daha öncə Premyer liqa klublarından “Liverpul”la “Çelsi”nin formasını geyinən 32 yaşlı oyunçunun “Fənərbaxça” ilə bir illik müqaviləsi var.

Nihad


Müəllif:

Oxşar xəbərlər